Dizi Video

Döyüş səhnəsi necə çəkilib?

“Ufak Tefek Cinayetler” serialının mövsüm finalında yayımlanan dava səhnəsi ətrafında müzakirələr davam edir. Bəs görəsən, bu səhnələr necə və neçə günə çəkildi?

Azmagazin Axşam.az -a istinadən xəbər verir ki, Tülin Özen və Duyğu Sarışının sözügedən səhnəsində heç bir dublyordan istifadə edilməyib.  Səhnələri lentə almaq üçün iki gün idman zalında, iki gün də vanna otağında məşqlər edilib. Həmin səhnənin planını Uğur Yıldıran qurub.

Səhnənin çəkilişi bir gün davam edib. Həmin görüntülərin lentə alınmasında dörd kamera və bir ədəd mini kameradan istifadə olunub.

Aktrisaların bir-birinə atdığı əşyalar isə ziyan verməyən vasitələrdən hazırlanıb.