Dünyada Magazin

Dünya şöhrətli dicey “Avicii” vəfat edib

“Avicii” adı ilə tanınan məşhur isveçli musiqiçi və dicey Tim Berlinq 28 yaşında Omanda dünyasını dəyişib.

Azmagazin.com Oxu.Az -a istinadən xəbər verir ki, bu barədə “Variety” nəşri Berlinqin rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.

Müğənninin Məskət şəhərində qaldığı mənzildə ölü vəziyyətdə aşkarlandığı bildirilir.

Ölümün səbəbi barədə hər hansı açıqlama verilmir.

Tim Berlinqin sağlamlıqla bağlı bir sıra problemləri olub. O, həddindən artıq spirtli içki qəbul etdiyi üçün kəskin pankreatitdən əziyyət çəkib.