Dünyada Magazin

Dünya ulduzu o qədər arıqladı ki

Son zamanlar idmanla sıx-sıx məşğul olub, xeyli çəki ataraq dünya mətbuatının gündəminə düşən məşhur müğənni Adel Lori Blu Edkins yeni görkəmi ilə diqqətləri üzərinə cəmləyib.

Azmagazin Oxu.Az -a istinadən xəbər verir ki, düz 45 kiloqram çəki ataraq, bir iynəyə sap olan dünya ulduzu çəkdirdiyi son fotosu ilə izləyiciləri heyrətləndirib.

Pəhriz və intensiv idman məşqləri ilə inanılmaz olsa da, real nəticə verib. 32 yaşlı Adel səsi və performansı ilə deyil, atdığı artıq çəkilərlə dillərə düşüb.