Dünyada Magazin

Edis Tarkanı taxtından edəcək?

Türkiyəli ifaçı Edis “Kanal D”də yayımlanan “İkinci sayfa” proqramına müsahibə verib.

Azmagazin Axşam.az -a istinadən xəbər verir ki, müğənni jurnalistin “Sizin haqqınızda “Tarkanın taxtını əlindən alacaq” deyirlər. Buna münasibətiniz necədir” sualı qarşısında çaş-baş qalıb.

“Elə bir şey ola bilməz. Tarkan olduğu müddətdə “Yeni Tarkan” olmaq, onun taxtına yiyələnmək kimi bir niyyətim yoxdur. Bu, əslində, məni qürurlandırır, amma eyni zamanda mənə zərər verir. Mən də Tarkanın fanatıyam. Öncə Edis olum, sonra baxarıq, kim olacağam. Belə mövzulardan danışılanda çox pis oluram” deyə, Edis cavab verib.

Qeyd edək ki, Edis son zamanların ən populyar kişi müğənnilərindən sayılır. Konsertləri anşlaqla keçən ifaçının albomları da satış rekordu qırır.