Magazin

Eldar ətək geyinib, rəqs etdi

Müğənni Eldar Qasımov sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

Azmagazin Axşam.az-a istinadən xəbər verir ki, o, ətək geyinib rəqs etdiyi videonu İnstaqram hesabında paylaşıb.

Müğənninin ətək geyinməsi birmənalı qarşılanmayıb. İzləyicilər onu tənqid edib. Eldar isə bunun “dərviş” rəqsi olduğunu deyib. Həmkarı Nigar Camal da onun rəqsinə reaksiya verib. Sənətçi Qasımovun paylaşımına “Biz səni itirdik” şərhini yazıb.

Qeyd edək ki, Eldar bir neçə gün əvvəl LGBT paylaşımı ilə gündəmə gəlmişdi.