Magazin

Elgiz Əlini ələ saldı

Aparıcı Elgiz Əkbər müğənni Əli Mirəliyev haqda gözlənilməz açıqlama verib.

Azmagazin.com Axşam.az-a istinadən məlumatına görə, o, proqramı onunla birlikdə aparan Mirəliyevin artıq qocaldığını, pensiya vaxtının çatdığını söyləyib. Elgiz “Səhər-səhər” verilişində bildirib ki, bir vaxtlar müğənnini saymayanlar indi ona sənətkar deyir:

“Əli qocalıb, sözlər yadından çıxır, əvvəlki kimi oynaya bilmir, oynayanda ayağının birini dala, birini qabağa atır.

Əli müəllim ustaddır? Müğənnilər var ki, əvvəl Əliyə salam vermirdi, onu bu küçədə görəndə, başqa tərəfə keçib yolunu dəyişənlər indi ona dahi deyir. Sən demə, Əli dahi imiş, xəbərimiz yoxdur. Deyirəm, bu qədər şörhəti varkən onu pensiyaya göndərək”.