Magazin

Elgiz Afaq Bəşirqızının ŞƏKLİNƏ nələr yazdı?

Xalq artisti Afaq Bəşirqızının “Elgizlə izlə” verilişinin canlı efirində söyüş söyməsi sosial şəbəkədə tənqid edilib.Azmagazin Lent.az -a istinadən xəbər verir ki,verilişin aparıcısı Elgiz Əkbər aktrisaya dəstək olmaq üçün onunla birgə çəkilmiş şəklini instaqram səhifəsinə qoyub. O fotoya “Canımın içi” şərhini yazıb. Aparıcının paylaşımı tənqid edilib.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının qərarı ilə ARB TV 6 saatlıq yayımın dayandırması barədə qərar verib. Buna səbəb Xalq artisti Afaq Bəşirqızı tərəfindən “Elgizlə İzlə” proqramında qeyri-etik ifadələrə yol verilməsidir.

Onu da əlavə edək ki, A.Bəşirqızı söyüş qalmaqalından sonra instaqram hesabını silib.