Magazin

Elton “İnfiniti” ilə yol polisi maşınına çırpıldı – Foto

Eltonun vəziyyəti yaxşıdır.

Bu sözləri Oxu.Az-a açıqlamasında sənətçinin həyat yoldaşı Tamilla Hüseynəliyeva bildirib.

“Ciddi problem yoxdur. Şükür ki, həkimlər heç bir problem olmadığını dedilər. Elton ziyarətə gedirdi. Hadisə səhər saatlarında baş verib”.

11.15

Müğənni Elton Hüseynəliyev qəzaya düşüb.

Azmagazin Avtosfer.az-a istinadən xəbər verir ki, onun idarə etdiyi 90 DD 044 dövlət nömrə nişanlı, “İnfiniti” markalı avtomobillə Səbail rayon yol-patrul xidmətinin 99 YP 253 dövlət nömrə nişanlı xidməti maşınına çırpılıb.

Məsələ ilə bağlı sənətçinin həyat yoldaşı Tamilla Hüseynəliyeva ilə əlaqə saxladıq.

O bildirib ki, hazırda həyat yoldaşı 1 saylı Şəhər Kliniki Xəstəxanasındadır:

“Vəziyyəti barədə bir azdan ətraflı məlumat verəcəm. Hazırda yoldayam. Qəzanın necə baş verməsi haqda isə informasiyam yoxdur”.