Dünyada Magazin Magazin

Emin koronavirusa yoluxubmuş

Xalq artisti Emin Ağalarov COVID-19 infeksiyasına yoluxub.

Azmagazin Axşam.az -a istinadən xəbər verir ki, müğənni bu haqda həmkarı Yusif Eyvazovla İnstaqramda canlı yayımda olarkən deyib.  

Emin bildirib ki, heç vaxt hərarəti qalxmayıb, infeksiyaya yoluxduğunu isə təxmini öyrənib:

“Səhər işə gedirdim, qəfildən asqırdım. Hiss etdim ki, qoxu bilmirəm. Sonra səhər yeməyinə yollandım. yediyim heç bir şeyin dadını hiss etmirdim”.

Ağalarov daha sonra həkimə getdiyini və Covid 19 testindən keçdiyini söyləyib. Testin cavabı isə müsbət çıxıb. Həmin gündən 2 həftə karantində qalıb.

“Bu, mənim üçün yeni idi. İki həftə evdə tək oldum. Həyatımda heç vaxt 1 dəqiqə belə tək olmamışam. 40 ildə ilk dəfə özüm-özümlə tək qaldım. Bu, insanla görüşdən təəccübləndim” deyə, müğənni etiraf edib.

Emin bildirib ki, hazırda virusdan sağalıb və özünü yaxşı hiss edir.