Magazin Video

“Eurovision” mahnımız dəyişdirilir – AÇIQLAMA

“Eurovision”da ölkəmizi təmsil edən “X my heart” adlı mahnı dəyişdirilir. 

Bu barədə təmsilçimiz Aysel Məmmədova müsabiqənin Azərbaycan üzrə tərəfdaşı “İnfe Azerbaijan”a açıqlamasında deyib.Məlumatda deyilir ki, bəstənin girişi elektronik olacaq: “Yunanıstanda baş tutan məşqlərdən sonra Azərbaycanın “Eurovision” komandası ingilis prodüser Tim Branın təklifi ilə mahnıda dəyişiklik edəcək. Bundan sonra mahnımızın giriş hissəsi daha elektronik səslənəcək”.Qeyd edək ki, mahnının musiqisi bəstəkar-prodüser Dimitris Kontopulosa, sözlər Sandra Byurmana məxsusdur.

Mənbə: Oxu.az