Magazin

Fərda Şafak Sezerlə görüşməyə gedir

Aktyor Fərda Xudaverdiyev Türkiyəyə gedir.

Azmagazin.com Axşam.az-a istinadən  məlumatına görə, yumor ustası bu haqda “ATV kulis” verilişində deyib. O bildirib ki, səfərinin məqsədi məşhur aktyor Şafak Sezerlə görüşməkdir:

“Bir həftəyə gedib onunla görüşəcəm. Əminəm ki, onunla çəkiləcəyim film məni Türkiyənin 50-60 faizinə tanıdacaq”.

F.Xudaverdiyev “Övladlarının aktyor olmasını istəyərsən” sualına belə cavab verib:

“Ən böyük istəyim onların futbolçu olmasıdır. Atamın istəyi ilə İqstisad Universitetində oxudum. Anamın istəyi ilə Kimya Biologiya Təmayüllü Respublika Liseyi bitirdim. Öz istəyimlə də aktyor oldum. Gecə ssenari yazanda atam gəlib əsəbiləşirdi. Valideynlərim aktyor olmağımı istəmirdi”.