Dünyada Magazin

Fahriye Burakı dünya ulduzuna qısqandı

Aktrisa Fahriye Evcen aktyor həyat yoldaşı Burak Özçivitə yeni qadağa qoyub.

Azmagazin.com Axşam.az  -a istinadən xəbər verir ki, Burak 6 ildir siması olduğu şampun markalarından birinin reklam çarxına çəkilib. Bu dəfə onun tərəf müqabili dünyaca məşhur, roman müğənni İnna olub.

Fahriye əvvəlcə Burakın reklama İnna ilə çəkilməyinə razı olmasa da, sonradan aktryor xanımını razı sala bilib. Lakin Evcen 5 gün davam edən çəkilişdə həyat yoldaşını tək buraxmayıb.

Bundan başqa, o, Özçivitə sosial mediadan İnnanı izləməyi də qadağan edib.

Qeyd edək ki, Burakın bu reklamdan 1 milyon dollar alacağı bildirilir.