Magazin

“Gəncliyimi yaxşı həyat tərzi yaşamağa bağışladım” – Ayan

“Uşaqlığımı yaşamışam. Çox da xoşbəxt olmuşam. Amma gəncliyimi yaşaya bilmədim. Həyatda nəyisə əldə etmək üçün mübarizəm idi. Nəyisə verirsənsə, nəyisə almalısan. Gəncliyimi yaxşı həyat tərzi yaşamağa bağışladım. Nə vermişəmsə, onun müqabilində yaşayıram. Əlimi-qolumu verməmişəm, ağlım yerində”.

Azmagazin Axşam.az -a istinadən xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva “Ona qalsa” proqramında qonaq olarkən deyib. Sənətçi aparıcı Nazilə Səfərlinin “Gəncliyini yaxşı yaçamağa qurban verən insan” sözlərinə belə cavab verib:

“Yenə gəncəm, 31 yaşım var. Həyatda insana şans 3 dəfə verilir. Ondan istifadə etməlisən. Etmədinsə, ömürboyu əziləcəksən, tapdalanacaqsan, kiminsə danlaq yeri olacaqsan. Sənə nəsə təqdim edilirsə, ondan istifadə etməlisən”.