Galeri Maraqlı

Günəş eynəyi alarkən nələrə diqqət etməli? – 7 qızıl qayda

Günəş şüaları göz xəstəliklərinin yaranmasına səbəb ola bilər. Günəşin ultrabənövşəyi (UB) şüalarına uzun müddət məruz qalmaq gözün torlu qişasının zədələnməsinə və katarakt (mirvari suyu) kimi göz problemlərinə səbəb olur. Buna görə, günəş eynəyini gözləri qoruyan qalxan adlandıra bilərik.

Ancaq xüsusiyyətlərinə görə hansı eynəyin gözlərimizin sağlamlığı üçün daha faydalı olacağını bilmirik.

İlk olaraq onu deyək ki, eynək seçimi edərkən üz quruluşumuzu nəzərə almaqla yanaşı gözlərimizin sağlamlığını da unutmamalıyıq.

Oftalmoloqlar bildirir ki, gözü müxtəlif zərərli şüalardan qorumaq lazımdır. Gün eynəklərindən istifadə etmək, ancaq eynək seçərkən diqqətli olmaq və ultrabənövşəyi şüa keçirmə faizinə baxaraq almaq lazımdır.

Azmagazin Lent.az -a istinadən gün eynəyi alarkən diqqət etməli olduğumuz 7 qızıl qaydanı təqdim edir:


Ultrabənövşəyi (UB) qoruyucu etiketə baxın

Günəş eynəyi alarkən axtardığınız ən vacib şey, onun 100 faiz UB şüalarını keçirmədiyinə əmin olmaqdır.

Nə qədər böyük olsa, o qədər yaxşıdır

Almağı düşündüyünüz gün eynəkləri göz ətrafınızı nə qədər bağlayarsa, bir o qədər yaxşı olar. Xüsusilə, gözlərin ətrafına UB şüaların keçməsinin qarşısını alan böyük ölçülü eynək seçin.

Şüşəsinin tünd rəngli olmamasına üstünlük verin

Şüşələrinin tünd rəng olması onun daha yaxşı qoruması demək deyil. Yalnız şüşənin rənginə deyil, həm də UB şüaların qarşısını necə almasına baxın.

Eynəklərdə şüşə rəngi vacib deyil

Müxtəlif rənglərdə eynəklərə rast gəlirik. Bəzən rəngli eynəklər diqqətimizi daha çox çəkir. Bu eynəklər gözəl göründükləri qədər günəş şüalarına da daha yaxşı maneə törətmir.

Qiymətlərinə diqqət edin

Gün eynəklərinin bahalı olması onların daha keyfiyyətli olması demək deyil. Eynəklərin günəş şüalarını keçirməmə xüsusiyyəti daha önəmlidir. Bəzən ucuz eynəklərin arasında da keyfiyyətli olanlara rast gəlmək mümkündür.

Firmasına diqqət edin

Hansı firmanın məhsulu olduğuna diqqət edin. Yaxşı olar ki, tanınmış firmaların eynəklərindən alasınız.

Əgər linza varsa...

Əgər siz linzadan istifadə edirsinizsə, mütləq eynəkdən istifadə etməlisiniz ki, linzalar qurumasın.