Magazin Video

Hərəsini bir kişi saxlayır – Video

Müğənni Rəqsanə “Stop” verilişinin qonağı olub.

Azmagazin.com Oxu.Az xəbər verir ki, sənətçi veriliş zamanı ailə qurmasının səbəbini açıqlayıb.

O bildirib ki, qızlarına görə ərə getməyə məcbur qalıb:

“Gördüyüm əziyyətə heç bir kişi sinə gərməzdi. Arxamda atam, qardaşım, həyat yoldaşım olmayıb. İndikilərin hərəsini bir kişi saxlayır. Məni saxlayan kişi də olmayıb.

Dişimlə, dırnağımla çalışmışam. Elə çətinliklərim olub ki… Evim iki mərtəbəli idi, piləkənlər qalxıb-düşüb düşünürdüm. Anama demişəm ki, bizim qohumlarımız da qırılıblar? Niyə bizimlə maraqlanan yoxdur?

Mən mənəvi dayaq axtarmışam. İstəmişəm yanımda atam, qardaşım olsun. Hər qadına ailə lazımdır. Durduğum yerdə 35 yaşında ailə qurmamışam. Övladlarım üçün ailə qurdum. Onların gələcəyi, ərə getməyi var. Ona görə ailə qurdum. Heç kimə ehtiyacım yox idi. Övladlarım üçün etmişəm. Düşündüm ki, övladlarıma ata lazımdır”.