Magazin

Hamı hamilə olduğunu düşündü


Aparıcı Kamilə Babayeva son günlər xeyli çəki alması ilə diqqət çəkib.  Azmagazin Axşam.az-a istinadən xəbər verir ki, aparıcının yayılan fotoları sosial şəbəkədə müzakirələrə səbəb olub. Bir çox izləyicilər onun hamilə olduğunu qeyd ediblər. 

Kamilə isə bunla bağlı suallara dəfələrlə cavab verərək, hamilə olmadığını, kökəldiyini bildirib. 

Son günlər isə Babayeva idmana başlayıb. O, qısa zamanda artıq çəkidən xilas olmaq istəyir.

Qeyd edək ki, aparıcının Natella adlı qız övladı var.