Magazin

“Heç vaxt “Maşın” şouya getmərəm”

Müğənni Nigar Camal “Maşın” şou ilə bağlı fikirlərini bölüşüb.

Azmagazin Axşam.az-a istinadən xəbər verir ki, ifaçı şouya ilk dəfə baxdığını etiraf edib. O bildirib ki, oyunu izləməsinə səbəb isə dostları aparıcı Ranar Musayevlə müğənni Samir Cavadzadənin orada olmasıdır.

Nigar Samirə “Təpəsi başında ilandır” deyən Sərxana da cavab verib. Dostunu müdafiə edən müğənni “Samir, sən ilan deyilsən. Sən sadəcə mənim kimi böyük əyləncəsən” sözlərini deyib.

N.Camal daha sonra “Samir və Ranar, mənəvi olaraq sizin yanınızdayam. Sizə görə ilk dəfədir ki, bu verilişə baxıram” deyə sözlərinə əlavə edib.

Müğənni ona ünvanlanan “Siz də bu şouya gedərsiz” sualına bu cavabı verib:

“Yox. Burada inciməli heçnə yoxdur. Layihənin özü maraqlıdır. Efirlərə heç vaxt baxmıram. Həm də mən Londonda yaşayıram”.