Dünyada Magazin

Hollivud ulduzuna təhlükəli qəzadan sonra verilən “cəza” məlum oldu

Məşhur Hollivud ulduzu Harrison Fordun aviaqəza törətməsi ilə əlaqədar başladılan cinayət işinə xitam verilib.

Azmagazin Oxu.az-a istinadən xəbər verir ki,aktyor uçuş zolağında təhlükəli enişdən sonra xüsusi təlim kursu keçib.

Bildirilir ki, ABŞ Federal Mülki Aviasiya İdarəsi Fordun təhsili uğurla başa vurmasından sonra ona qarşı başladılan işi bağlayıb.

Qeyd edək ki, bu ilin aprel ayında Harrison Ford Los-Anceles hava limanında baş verən təhlükəli qəzanın günahkarı olub. Aktyor səhvən başqa bir təyyarənin zolağına enib.