Dünyada Magazin

Hollivudun ərə getməyən ulduzları

Hollivudda elə məşhur xanımlar var ki, onlar heç vaxt ailə qurmayıblar.

Azmagazin Axşam.az -a istinadən həmin xanımları təqdim edir:

Aktrisa Şarliz Teron

Onun üçün evlilik heç vaxt əhəmiyyət kəsb etməyib. Şarliz aktyor Stüart Taunsendlə 9 il nişanlı olmasına baxmayaraq, 2010-cu ildə ondan ayrılıb.

Model Naomi Kempbell

“Qara bəbir” ləqəbli Naomi aktyor Robert De Niro, biznesmen Vladislav Doronin, müğənni Liam Peyn, boksçu Mayk Tayson kimi məşhurlarla sevgili olsa da heç vaxt ərə getməyib.

Müğənni Kayli Minoq

Kaylinin uşaqlıqdan ərə getmək istəyi olmayıb. O, sevməyi ailə qurmaqdan daha üstün tutur. Aktyor Coşua Sassla nişanlı olan müğənni xəyanətə görə ondan ayrılıb.

Aktrisa Eva Mendez

Aktrisa 2011-ci ildən aktyor Rayan Qoslinqlə sevgilidir. Onların Esmeralda və Amada adlı qızları var. 2016-cı ildə cütlüyün ailə qurması haqda xəbərlər yayılsa da, onlar bu məlumatı təsdiqləməyiblər.

Müğənni Şakira

Futbolçu Cerard Pike ilə sevgili olan Şakirə müsahibələrinin birində “Bizim sevgimiz, evimiz və uşaqlarımız var. Nikah həyatımızda heç nəyi dəyişməyəcək. Ərə getmək fikrim olsa, seçimim Pike olar” demişdi. 2010-cu ildən birlikdə yaşayan cütlüyün 2 oğlu var.