Dünyada Magazin

“Hörümçək adam” aktrisa ilə sevgilidir – Fotolar

“Marvel” şirkətinin çəkdiyi filmlərdə “Hörümçək adam” obrazını canlandıran Hollivud ulduzu Tom Holland həmkarı ilə yeni münasibətə başlayıb.

Azmagazin Axşam.az -a istinadən xəbər verir ki, bu barədə “The Daily Mail”ə cütlüyə yaxın mənbələrdən biri müsahibəsində deyib.

O bildirib ki, Tom karyerasına yeni başlayan aktrisa Nadia Parkes ilə karantin müddətini də birlikdə keçirib:

“Onlar pandemiya elan olunan ərəfədə görüşməyə başlamışdılar. Tom ailəsinə və dostlarına da onunla sevgili olduğunu söyləyib. Karantin müddətində onların birlikdə yaşaması, münasibətlərinə də müsbət təsir göstərib”.