Dünyada Magazin

İbrahim Tatlısəsin qızından ETİRAF: “Atama nifrət etdiyim vaxtlar olub”

Türkiyənin tanınmış sənətçisi İbrahim Tatlısəsin qızı Dilan Çıtak Tatlısəs, Merve Şahin və Melis Özcan tərəfindən təqdim olunan “Sorgu Sual”ın ilk qonağı olub.

Tatlısəs atası İbrahim Tatlısəs haqqında diqqətçəkən açıqlamalar verib.

Azmagazin Lent.az -a istinadən bildirir ki, Dilan Çıtak qardaşı İdo Tatlısəs ilə bağlı verilən suala, “Çox maraqlanmıram. Biz danışmırıq. Bəzi insanlar müəyyən normaları qəbul etmək üçün maskalar taxarlar, o insanlardan uzaqlaşmalısan” deyib.

Atası ilə pis münasibətlərini İdo ilə əlaqələndirən Çıta, “Atamın mühitinin təsiri altındadır” deyib. “İdo Tatlısəs səsinizi qısqanır” sualına isə “İnsanların təzyiqi ilə ola bilər” cavabını verib.

Çox səmimi cavablar verən Dilan Çıtak, atası İbrahim Tatlıses haqqında “Heç nifrət etdiyiniz anlar oldumu” sualına cavabında deyib: “Vəfalı övladlar və ya vəfasız uşaqlar arasında ayrıseçkilik yaradanda atama nifrət etdiyim vaxtlar var idi”.

Çıtak “Atam dediyiniz şəxs kimdir” sualına Cem Çıtak cavabını verib. Çıtak, atasına “siz” kimi müraciət etdiyini və bunun İbonun istədiyini əlavə edib.

Çıtak “Atanızın hansı vərdişini həyat yoldaşınızda görmək istəmirsiniz” sualına cəsarətli bir cavab verib: “Şorgözlük” və qadına münasibəti”.