Gözəllik Sağlamlıq

İmmunitetimizin zəiflədiyini necə öyrənə bilərik?

“İmmuniteti güclü olanlara virus elədə çox təsir etmir”.

Koronavirus dünyada eləcə də ölkəmizdə yayılan gündən bəri bəlkə də bir çoxumuz bu fikirləri eşitmişik. Mütəxəssislər bildirib ki virusla mübarizədə güclü immun sisteminə sahib olmaq böyük bir üstünlükdür. Hazırda immunitetin güclü, yaxud zəif olduğunu göstərən dəqiq bir tibbi yöntəm yoxdur, lakin bəzi qan analizləri dolayısı ilə bundan xəbər verir.

Bəs görəsən immunitetimiz nə qədər güclüdür?

Azmagazin Lent.az -a istinadən sizə immunitetinizin güclü və yaxud da zəif olduğundan xəbər verən bir neçə məqamı təqdim edir.

Tez-tez xəstələnmək və sağalma müddətinin uzun çəkməsi, ağız boşluğunda və diş ətində yaranan problemlər, tez yorulmaq, saç və dırnaq qırılması, saç tökülməsi, yaraların gec sağalması, iştahasızlıq, sıx-sıx dodaq uçuqlaması, bədənin fərqli nahiyələrində ağrı olması immun sisteminin zəifliyindən xəbər verir.

İmmuniteti zəiflədən bir neçə faktorlar mövcuddur. Burada ilk növbədə xroniki stress və əsəbi göstərmək olar. Bundan əlavə yanlış qidalanma, siqaret və spirtli içkilərin qəbulu, vitamin və mineral çatışmazlığı, orta yaşlı insanlarda 8 saatdan az yuxu, hərəkətsizlik, həddindən artıq şəkər istifadə etmək də birbaşa olaraq immun sisteminə mənfi təsir edir.

Sağlamlığımızı qorumaq və onun qayğısına qalmaq üçün isə ilk növbədə düzgün qidalanmaq, əsəb və stressdən uzaq durmaq, mütəmadi olaraq idmanla məşğul olmaq lazımdır.