Dizi Dünyada Magazin

İngilis serialında baş rolu canlandıracaq

Ötən il “Şahsiyet” serialında canlandırdığı Agah Beyoğlu obrazı ilə “Emmi” mükafatı qazanan aktyor Haluk Bilginər ingilis istehsalı olan ekran işində baş rolu oynayacaq.

Azmagazin Axşam.az istinadən xəbər verir ki, 65 yaşlı aktyor “Alex Rider” adlı serialda mənfi obraz olan Hüqo Qreifi canlandıracaq.

8 bölümdən ibarət olan ekran işinin çəkilişləri İngiltərə və Ruminiyada gerçəkləşəcək.