Maraqlı

İsveçdə qızlara qəribə məsləhət – Foto

İsveçdə Höteburq şəhərinin sakinlərinə qızların sünnət olması və zorla ərə verilməsi ilə bağlı qeyri-adi məsləhət verilib.

Azmagazin.com Milli.Az istinadən xəbər verir ki, İsveçin Höteburq şəhərinin namusla bağlı cinayətlərə görə məsuliyyət daşıyan rəsmisi Katarina Idegard dünyanın diqqətini çəkəcək maraqlı açıqlama verib.

O, qızlara alt paltarlarına qaşıq qoymağı məsləhət görüb. Bildirib ki, qaşıq sayəsində hava limanında detektor cihazından keçərkən mühafizəçilər saxlayacaq.

“Bu zaman onlarla kənarda söhbət edib, dərdinizi başa sala bilərsiniz. Bu, sizin sonuncu şansınız ola bilər”.

Qeyd edək ki, ötən il İsveçdə 139 qız zorla ərə verilib. 2015-ci ildə aparılan araşdırmalara görə İsveçdə 38 min qız sünnət edilib.