Dünyada Magazin

İtaliyalı milyonçunun hamilə model sevgilisi ilə Bolonyadakı istirahəti

Ötən həftə tezliklə övlad sahibi olacağını açıqlayan 52 yaşlı italiyalı milyonçu Canluka Vakki 25 yaşlı sevgilisi Şeron Fonseka ilə birlikdə çəkdirdiyi foto ilə diqqət mərkəzinə düşüb.

Azmagazin Oxu.az -a istinadən xəbər verir ki, karantin günlərini İtaliyanın Bolonya şəhərindəki villasında keçirən cütlüyün səmimi görüntüləri sosial media əhlinin dilinə düşüb.

Açıq-saçıq çimərlik geyimində Canlukanın qucağında oturan Şeron isti günlərin ləzzətini hovuz kənarında dincələrək keçirir.

Yanlarından bir dəqiqə belə ayrılmayan “Labrador” cinsli Olaf adlı it ailənin bir üzvünə çevrilib.

“Dördümüz gözəl bazar günü keçiririk”, – deyə Canluka paylaşdığı şəklə şərh yazıb. 

İş adamı “Instagram”dakı rəqs videoları sayəsində məşhurlaşıb. O, Şeron ilə 2017-ci ilin aprel ayında görüşməyə başlayıb.

C.Vakki atasının qurduğu “SEA Societa Europea Autocaravan”ın sahibdir. Onun sərvəti isə 350 milyon avro dəyərində qiymətləndirilir.