Dünyada Magazin

Itırdan maraqlı PAYLAŞIM

Şeyma Subaşı ilə boşandıqdan sonra adı maneken Itır Esenlə eşq dedi-qodularına qarışan tanınmış türkiyəli prodüser Acun Ilıcalı iddiaları inkar edərək müzakirələrə son qoymuşdu.

Azmagazin Ölkə.az-a istinadən bildirir ki, Acunun sevgi iddialarını inkar etməsindən sonra Itır Esen də mövzu ilə bağlı açıqlama verib. O, İnstaqram-da verilən bir “Cavab vermirsən, amma yenə də soruşuram” sualına “Sevgilim yoxdur” cavabını verib.

Qeyd edək, Acun Ilıcalı bu söz-söhbət haqqında “Itırla sevgi münasibətimiz yoxdur. O, işini yaxşı bilən bacarıqlı bir dostumuzdur. Qarşıda başqa layihələrimiz də ola bilər. Mənimlə bağlı belə xəbərlərin çıxmasını normal qarşılayıram. Bütün diqqətimi işimə yönəltmişəm” demişdi.