Dünyada Magazin

Kadir Doğulu karantin günlərindən danışdı

Koronavirus səbəbi ilə “evdə qal” çağırışına əməl edən türkiyəli aktyor Kadir Doğulu İnstaqram hesabında canlı yayım açaraq sevənləri ilə söhbət edib.

Azmagazin Axşam.az xəbər verir ki, həyat yoldaşı Neslihan Atagül ilə evdən çıxmayan aktyor karantin günləri barədə danışıb:

“Atılan tullantıların yenidən istifadə olunması üçün bir neçə layihə üzərində düşünürük. Bağçada əkin işləri etmişik. İtlərimiz və toyuqlarımız ilə vaxt keçiririk”.