Magazin Video

Kamil Zeynallıdan ŞOK AÇIQLAMA: “Bu məşhurlar məndən yardım istəyir” – VİDEO

İdmançı Kamil Zeynallı etdiyi yardımlardan söz açıb.

Azmagazin xəbər verir ki, Lent.az -ın canlı yayımında qonaq olan Kamil bildirib ki, ondan kömək istəyənlər arasında şou-biznesin tanınmış simaları da var: “Məndən kömək istəyənlər arasında məşhurlar da var. Adlarını çəkməyəcəm. Mənə zəng vururlar, deyirlər ki, Kamil, biz on nəfərə yardım etmişik, bir ailə də var, ona sən kömək edərdin. Bilirəm ki, yalan danışırlar. Tanınmışlardan başqa, imkanlı adamlar var ki, mənə zəng edib kömək istəyirlər.

Hər şeyləriniz var, niyə məndən nəsə istəyirsiz? Özlərini yaxşı göstərmək istəyirlər ki, onların tapşırığı ilə yaxşılıq edilib. Vicdanınız olsun, yalan danışmayın. Bu vəziyyətdə hər şeyi bizdən istəyirlər. Adam yox da deyə bilmir”.