Dünyada Magazin

Karantindən sonra böyük toy olacaq

Amerikanın tanınmış müğənnisi və aktrisası Cenifer Lopes və biznesmen Aleks Rodriqesin uzun müddətdir gözlənilən toyu karantindən sonra baş tutacaq.

Azmagazin Lent.az -a istinadla bildirir ki, mərasimin İtaliyada keçiriləcəyi planlaşdırılıb.

Bu haqda məlumat verən mənbə qeyd edib ki, cütlük bu yay İtaliyada evlənməliydi, lakin koronavirusa görə mərasim təxirə salınıb.

Mərasim üçün hər şey planlaşdırılıb və haqqı da ödənilib. Cenifer mərasimdə yalnız ailə üzvlərinin və yaxın dostlarının iştirakını istəyir.