Magazin

Keçmiş görüntüsünə lağ edənlərə sərt cavab

Əməkdar artist Röya Ayxan sosial şəbəkələrdə uzun illərdir paylaşılan və onun keçmişini əsk etdirən fotosuna münasibət bildirib.

Azmagazin Oxu.Az -a istinadən xəbər verir ki, o, dəyişib başqa formada olmasına və keçmiş görüntüsünə lağ edənlərə sərt şəkildə cavab verib.

“Gələcəyini görməyən birinə vurğulamaq istərdim ki, bu, keçmiş deyil, keçmiş başqa söz və mənadır. O, başqa mövzudur, o heç…

Burada Röyanın 14 yaşı var, yeganə fotodur. Bunu da Gəncədən tapdıq və özümüz paylaşdıq. Çünki buradakı gözlərdə utancaq bir qızın hekayəsi var. Hansı ki, siz onu yox, bax, mən Röyanı görmək istədiniz.

Mən də qarşınızda böyüyüb siz istəyən kimi oldum. Övlad sən istədiyin kimi yox, sən yaşadığın kimi yaşayır. Çatdı? Yox, çətin çata”, – deyə Röya bildirib.