Dünyada Magazin Maraqlı

Kral ailəsinin ən böyük qorxusu

Kənardan baxanda çox xoşbəxt bir həyatı var. Ətrafında xeyli qulluqçu, əli isti sudan soyuq suya dəymir. İstəmədiyi qədər bahalı və çox libas geyinə bilir. Hamısından vacib isə onu dəli kimi sevən, baxarkən içi titrəyən həyat yoldaşı var. Bəs hər şey kənardan görünən kimidir?

Yəni, kral ailəsinin müasir “Zoluşka” adlandırılan gəlinləri nağıl kimi bir həyatmı yaşayır? Əslində belə deyil. Bunun son nümunəsini də son zamanlar medianın gündəmindən düşməyən Meqan Markl yaşayıb.

Azmagazin Axşam.az -a istinadən xəbər verir ki, ötən ilin may ayında ailə quran Marklın ən çox istədiyi ilk şey şahzadə Harri ilə ailə qurmaq, ikincisi isə ondan körpə sahibi olmaq idi.

Sonda məqsədinə çatdı. Amma hamiləliyi rəsmi olaraq açıqlanana qədər də kabus yaşadı.

37 yaşında ilk dəfə hamilə qalan Meqan hamiləliyinin ilk ayında kraliça II Yelizavettanın istəyi ilə xüsusi bir testə göndərilib. 

Meqanın göndərildiyi test əslində tək ona xas deyil. Kral ailəsindəki bütün hamilə qadınlar bu testdən keçir. Məqsəd isə dünyaya gələcək körpənin əngəlli olub-olmadığının bilinməsidir. Əgər heç bir problem yoxdursa, hamiləlik xəbəri açıqlanır.

Kraliça II Yelizavettanın belə bir test istəməsinin səbəbi isə keçmişində yer alan və irsi keçən bəzi xəstəliklərdir. 

Çünki bu hər hamilə qadına edilən testlərdən qismən fərqlənir.

Kraliçanın qardaşının iki övladı öyrənmə çətinliyinə görə heç vaxt Günəş işığına çıxarılmayıb. 

Lakin problemlər bununla bitmir. Kraliça Merrinin beşinci övladı şahzadə Con da epilepsiya xəstəsi idi. Buna görə də ailəsi onu illər boyu kilidli otaqlarda saxlayıb. 

II Yelizavettanın anasının qardaşlarının iki oğlu da xəstə idi. 

Kral ailəsinin keçmişində bunlarla yanaşı, fiziki və ruhi bir neçə xəstəlik də var idi. 

Bunlardan biri də “Kral Georgenin dəliliyi” adlı filmin mövzusu olan porfiria adlı xəstəlikdir. Onun ölümünə səbəb isə “Vampir xəstəliyi” adlı problemdir. 

Əlavə olaraq kraliça Viktoriyanın ailəsində olan hemofiliya isə qanın laxtalanmasına səbəb olurdu. Bu xəstəlik kral ailəsinin çox üzvünün ölümünə səbəb olub. Buna görə də “Kral xəstəliyi” adlanır.  

“Kral xəstəliyi” Viktoriyanın oğlu və bir neçə kişi qohumunun həyatına son qoyub. 

Mütəxəssislərə görə, kral ailəsində bu qədər xəstəliyin olması keçmişdə olan qohum evliliklərinin nəticəsidir. 

Buna görə də II Yelizavetta hamilə qalan hər qadını bu testdən keçməyə məcbur edir. Testin nəticəsi yaxşı olsa, hamiləlik rəsmi olaraq açıqlanır. Ailənin Markldan əvvəlki gəlini Keyt Midlton da eyni testi edib. 

Xəbərə görə, Meqan əslinə bu testi etmək istəməyib. Amma bu test kral ailəsinin qanunlarından olduğu üçün qəbul edib.

Artıq Meqan Markl və Harri cütlüyünün valideyn olacağı açıqlanıb. Bu isə testin müsbət nəticələndiyinin göstəricisidir.