Dünyada Magazin

Leonardonun Karib dənizindəki oteli

Hollivud ulduzu Leonardo Di Kaprio özünə dəbdəbəli turizm kompleksi tikdirib.

Azmagazin Axşam.az -a istinadən xəbər verir ki, təbiətə qayğısı ilə tanınan aktyor 2005-ci ildə Karib dənizinin Beliz sahilində yerləşən Blekador-Key adasını 1,75 milyon dollara (təxminən 2 milyon 975 min manat) almışdı.

Adada ətraf mühitə çox zərər vurmamaq üçün landşaft memarları və mühəndisləri tikintiyə on ildən çox vaxt sərf ediblər. Bu müddət ərzində ərazidəki manqra ağacları ehtiyatla köçürülüb, suyun altında süni mərcan rifləri və balıqlar üçün sığınacaqlar yaradılıb.

Leonardonun sözlərinə görə, “Blackadore Caye” adlı otel tamamilə bərpa olunan enerji mənbələri ilə işləyəcək. Malikanələrin qarşısında quraşdırılan günəş panelləri kurortu elektriklə təmin edəcək.

Otelin bu il istifadəyə verilməsi planlaşdırılır.