Dizi Dünyada Magazin

“Lezbiyan olduğum üçün serialdan qovuldum”

“Avlu” serialında rol alan, lakin daha sonra heyətdən uzaqlaşdırılan aktrisa Nil Makaracı qalmaqallı açıqlamalar verib.

Azmagazin.com Axşam.az -a istinadən məlumatına görə, Nil lezbiyan olduğu üçün serialdan uzaqlaşdırıldığını deyib:

“Lezbiyan olduğum, LGBT ilə bağlı statuslar yazdığım üçün rejissor köməkçisi Merve Çolak tərəfindən təhqirlərə məruz qaldım və serialdan uzaqlaşdırıldım. Homofobik davranışlara məruz qaldım. Ortada əsaslı bəhanələri belə olmadı. Maddi və mənəvi böhrana məruz qaldım. Halbuki, serialasevinərək daxil olmuşdum”.

Qeyd edək ki, “Avlu” serialında həbsxanada zorakılığa məruz qalan qadınların həyatından bəhs olunur.