Magazin

“Mənim axırım necə olacaq” – Nüşabə Ələsgərli

Əməkdar artist Nüşabə Ələsgərli toyların olmamasından danışıb.Azmagazin Lent.az -a istinadən xəbər verir ki, “Ona qalsa” verilişində bu sözləri deyib:

“Alın tərimizlə gedib toylarda oxuyub, pul qazanmışıq. İnsan gərək ehtiyatını görüb, 3-5 manat kənara qoysun. Əgər əlavə pulun varsa, əl tutmaq gözəl şeydir. Bir də çalışın imkan daxilində onu göstərməyin. Göstərəndə də tendesiya kimi edin ki, camaat da qoşulsun. Heç kəsin artıq pulu yoxdur. Çünki pul artıq olmur. Müəllimə kimi işləyirəm, maaş alıram.

Deyirlər, yayda toy olmayacaq. Bundan sonra müğənnilik etməsəm də hamı necə mən də elə. Bunu əvvəldən düşünmək lazım idi. Mənim axırım necə olacaq: sabah qocalacam, işləməyəcəm, səsim batdı, qəzaya düşdüm, başıma nəsə gəldi. Ona görə də bu günlə yaşamaq lazım deyil. Sabahı düşünüb, nəsə etməlisən”.