Dünyada Magazin

Məşhur aktyor narkotikdən qurtulmaq üçün sərvət ödəyəcək

Hollividun məşhur aktyoru Kolin Farell 12 ildir uzaq gəzdiyi alkoqol və narkotikə yenidən qurşanmamaq üçün reabilitasiyaya başlayıb.

Azmagazin.com Oxu.Az -a istinadən xəbər verir ki, 41 yaşlı aktyor Arizonada həftəlik 36 min dollar xərci olan reabilitasiya mərkəzində müalicə alacaq.

Mərkəzdə 45 gün qalmağı planlaşdıran aktyorun xəstəxana xərcləri isə 54 min dollara başa gələcək.

Kolinin müalicə aldığı mərkəzdən daha öncə Keyt Moss və Selena Qomez kimi məşhurlar da yararlanıb.

“İskəndər”, “Qanun naminə”, “Telefon köşkü” kimi filmlərlə məşhurlaşan Farell sonuncu dəfə Denzel Vaşinqton ilə baş rolda oynayıb.