
Gimnastika üzrə beşqat Avropa çempionu, rumıniyalı Larisa İordake çimərlikdən paylaşdığı fotosu ilə pərəstişkarlarını həyəcanlandırıb.
Azmagazin Oxu.Az -a istinadən xəbər verir ki, idmançı “Instagram” hesabında boz rəngli çimərlik geyimində poz verdiyi fotosunu yerləşdirib.
O, paylaşımını “Bunu hiss et. Nəyi? Azadlığı!”, – deyə şərh edib.
İzləyiciləri onun paylaşımına “Atəş kimisən”, “Çox gözəlsən!”, “Gözəl şəkil, gözəl qız, gözəl vücud” kimi rəylər yazaraq hisslərini bölüşüblər.