Dünyada Magazin Galeri İdman

Məşhur xanımdan keçmiş sevgililəri ilə bağlı şok etiraf – FOTOLAR

Amerikalı qolfçu Peyc Sperinak maraqlı etiraflar edib.
Azmagazin Fanat.Az-a istinadən xəbər verir ki, məşhur xanım keçmiş sevgililərindən danışıb. Peyc bildirib ki, birlikdə olduğu kişilər qolfun incəliklərini öyrənmək üçün onunla münasibətdə olub. 
Qolfçu bildirib ki, oğlanlar ondan istifadə edib: “Çarəsiz olduğum üçün kişilərin məni sevməsini istəyirdim. Təəssüf ki, görüşdüyüm oğlanlar məndən istifadə edirdilər. Bir nəfər mənimlə 7 gün 24 saat qolf dərsləri almaq istəyirdi. 6 ay sevgili olduq. Bütün günümüz bir yerdə keçirdi. Həmin vaxt mənə sevgilisi olduğunu bildirməmişdi. Sonradan öyrəndim ki, eyni vaxtda həm onunla, həm də mənimlə sevgili olub. Bunu edənlər çox olub”.