Magazin

“Maşın”da onlar yarışacaq – Foto

 

Azmagazin.com Oxu.Az-a istinadən xəbər verir ki,“MGP”nin mətbuat xidmətinin verdiyi məlumata görə, Əməkdar artist Murad Dadaşovun təqdimatında yayıma start verəcək şou 29 may, saat 22:00-da ATV-də tamaşaçılarla görüşə gələcək.

“Maşın” şounun başlanması üçün bütün hazırlıqlar sona çatmaq üzrədir. Artıq bütün danışıqlar başa çatıb, konsepsiya hazırdır və konsepsiyaya uyğun olaraq dekor qurulur.

Bu dəfə “Maşın”  “Xanımlar və Cənablar-2” adı altında yayımlanacaq. Doqquz tanınmış kişi və doqquz tanınmış  qadın maşın uğrunda mübarizədə qarşı-qarşıya gələcək.

Yayımlandığı müddətdə reytinqlərdə birinci olan “Maşın” realiti şousunun iştirakçı heyəti də  artıq tam bəllidir. “Maşın”ın 16-cı sürətində səs-küylü aktrisa Pərvin Abıyeva, müğənni Xuraman Şuşalı və reper Qurd olacaq.Heyətdə yeni adlar çoxluq təşkil edir və onların kimliyi hələlik gizli saxlanılır.

Beləliklə, 16-cı sürətilə evlərinizə qonaq gələn “Maşın” düz 12 gün sonra sizə maraqlı və həyəcan dolu bir şou nümayiş etdirmək niyyətindədir.