Digər Gündəm Video

Metroda danışır uşaqlar

Bu gün 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Bu münasibətlə, şəhərin bir çox yerlərində bəzi qurumların təşəbbüsü ilə idarə uşaqlara verlib.

Azmagazin.com Axşam.az-a istinadən xəbərinə görə, Bakı Metropoliteni də istifadəçiləri üçün maraqlı bir sürpriz hazırlayıb. 1-3 iyun tarixində metro stansiyalarında, vaqonlarda və eskalatorlarda uşaqların səsi eşidiləcək. Sözügedən layihədə 2 məktəbəqədər təhsil alan və 30 1-3-cü sinif şagirdi iştirak edib.

Qeyd edək ki, diqqətləri uşaqlara yönləndirmək, onlarda özünəinam hissi aşılamaq məqsədi daşıyan bu addım Bakı Metropolitenində ilk dəfədir ki, həyata keçirilir.