Maraqlı

Milyonçular səhər yeməyində hansı qidalardan istifadə edir?

Səhər yeməyi günün ən vacib qidalarından sayılır və olduqca faydalıdır. İnsanların diqqətini çəkən isə əsasən, filmlərdə və seriallarda gördüyü varlı iş adamlarının səhər yeməyidir.

Azmagazin Axşam.az-a istinadən real həyatda olan milyarderlər və iş adamlarının səhər yeməyində hansı qidalardan istifadə etməsi barədə yazını təqdim edir:

Lilian Betankur

“L’Oreal” şirkətinin prezidenti və yeganə qadın milyarder səhərlər soyuq dana əti yeyib və bir badə şərab içməyi sevir. Desert olaraq yalnız meyvə yeyir.

Mark Zukerberq

“Facebook”un yaradıcısı yemək məsələlərində heç də kaprizli deyil. Səhərlər əlinə nə keçsə onu yeyir. Bu axşamdan qalma bir parça pizza da ola bilər, köhnə burger də.

Bill Qeyts

“Microsoft”un yaradıcısı Bill Qeytsin fikrincə, pul əsla insanı pozmur. O, hər zamankı kimi sadə geyinir, əsl amerikalı kimi fast-food yeməkləri ilə qidalanır və mütləq kola içirdi.

Riçard Brenson

“Virgin” şirkətinin yaradıcısı Riçard Brenson səhərlər nə yeyir? Özünə məxsus adası olan bir milyarder nə yeyə bilər? Əslində, hamı kimi marketdən alınmış myusli və alma yeməyi sevir.

Cek Dorsi

“Twitter”in qurucu cə CEO-su Cek Dorsi səhərlər bərk bişirilmiş iki soyutma yumurta və kofe ilə günə başlayır. Sağlam həyat tərəfdarı olan Cek duzdan olduqca az istifadə edir.

Amansio Orteqa

“Zara” brendinin yaradıcısı, Avropanın ən varlı insanı Amansio Orteqa köhnə bir kafedə hər səhər dostları ilə bulka və qaynar şokoladla səhər yeməyi yeyir.