Magazin Video

Miri Yusifdən yüz minlik rekord – Video

Tanınmış müğənni Miri Yusif yeni klipini təqdim edib.

Azmagazin.com Oxu.Az -a istinadən xəbər verir ki, ifaçının “Hərdən” adlı mahnısı “Youtube” video portalında təqdim olunub.

Musiqisi Tural Əliyev, sözləri Orxan Qarabasmaya aid olan mahnının klipini isə Daşqın Əhməd ərsəyə gətirib.

Klip bir gündən az müddətdə 100 mindən çox izlənmə yığaraq “Youtube” trendində 23-cü sıraya yüksəlib.