Magazin

Müğənnilərimiz “Eurovision party”də geyimləri ilə diqqət çəkdi

Aprelin 7-si Rusiyanın paytaxtı Moskva şəhərində “Eurovision party” keçirilib. 

Azmagazin.com Oxu.Az –a istinadən xəbər verir ki, artıq səkkiz ildir ki, ənənə halını alan gecədə “Eurovision” təmsilçimiz Aysel Məmmədova və müğənni Səmra Rəhimli çıxış edib.

Bundan əlavə, “Jara” TV-də canlı yayımlanan konsertdə Rusiya, Ermənistan, Moldova və Maltadan olan iştirakçılar müsabiqə üçün hazırladıqları mahnılarını oxuyublar.

Gecə boyu jurnalistlərin suallarını cavablandıran Aysel Məmmədova daha sonra İsrailə yollanıb.

Müğənni “Israel Calling 2018” adlı musiqili gecədə iştirak edib.

Sənətçilərimiz geyimləri ilə hər iki tədbirdə diqqət çəkiblər.