Magazin

Murad Arifdən “40 nəfərlik” klip – Foto

Murad Arif yeni mahnısı ilə sevənlərinin qarşısına çıxacaq.

Azmagazin.com Oxu.Az -a isitinadən xəbər verir ki, həmişəkindən fərqli olaraq, “Gedək Oppalara” adlı bu mahnının müəllifi Murad Arif deyil.

Müğənni bu mahnını Ramil Nabranla duet şəklində səsləndirib. Musiqi isə ərəb müəllifə aiddir və rəsmi icazəsi ilə oxunub.

Klipin rejissoru Emin Muradov, operatoru Delee Oruclu, layihənin icraçı prodüseri isə Samir Ələsgərovdur.

Qeyd edək ki, klipin çəkilişində 40-dan çox insan iştirak edib.