Dünyada Magazin

Mustafanın gecikmiş bal ayından ilk fotosu

9 illik həyat yoldaşı Sinem Cecelidən boşanan müğənni Mustafa Ceceli ikinci xanımı Selin İmerlə bal ayına çıxıb.

Azmagazin.com Axşam.az-a istinadən bildirir ki, iyulda evlənən cütlük konsertlər səbəbindən bal ayına çıxa bilməmişdi. Hazırda Fransanın cənub sahillərində dincələn Mustafa Selinlə birgə fotosunu sosial şəbəkədə paylaşıb. Xanımı ilə fotosunu ilk dəfə paylaşan Cecelinin şəkli qısa müddətdə minlərlə istifadəçi tərəfindən bəyənilib, xeyli sayda şərhlər yazılıb.Qeyd edək ki, Mustafa Cecelinin əvvəlki nikahından bir oğlu var.