Magazin

“Namiqin evində sənə görə problemdir”

Prodüser Tarix Əliyev (Tolik) “Hər şey daxil” verilişində qonağı olan aparıcı Zümrüd Bədəlova ilə bağlı gözlənilməz sözlər deyib.

Azmagazin Axşam.az-a istinadən xəbər verir ki, Zümrüdə meyxanaçı Namiq Qaraçuxurlu ilə bağlı söz atıb:

“Namiqin evində sənə görə problemdir… Qadağa qoyulub. Namiqin adını çəkməyə Zümrüdə qadağa qoyublar”.

Qeyd edək ki, Z.Bədəlova bir dəfə ona ünvanlanan “Nə cür kişiləri bəyənə bilərsiz” sualına “Namiq Qaraçuxurluya bənzəyən tiplərdən xoşum gəlir” cavabını vermişdi.