Sinema

Nesrin Cavadzadə Natali Portmana bənzədilib

Nesrin Cavadzadə, Tirana xarakteri ilə tamaşaçı qarşısına çıxacağı El Desentierro filminin prodüserinin özünü, Natali Portmana oxşatdığını bildirib.

Azmagazin.com xəbər verir ki,Nesrin Cavadzadənin baş rollarında, Mişel Noher, Yan Cornet, Leonardo Sbaraglia və Jelena Jovanovaylayer aldığı, El Desentierro filminin premyerası, San Sebastyan Beynəlxalq Film Festivalında keçiriləcək. Layihənin İspan prodüseri Mario Manuel Alonso, Cavadzəni dünyaca məşhur İsrailli aktyor Natali Portmana bənzətdi.

Film setindəki həyəcanı, enerjisi və əzmiylə Natali Portmana bənzədilən Cavadzadə, “Dünyada səs gətirəcək bir filmdə olmaqdan çox şadam. Çalışdığım insanlar tərəfindən Oskar mükafatlı bir oyunçuya bənzədilmək gözəl bir duyğudur. Həyəcanla festival gününü gözləyirəm” şəklində duyğularını ifadə edib.

Qeyd edək ki,Nesrin Cavadzadə, Bakıda anadan olub və Türkiyəyə 11 yaşında gedib. Mərmərə Universitetinin Kino və Televiziya bölümündən məzun olduqdan sonra 2 il ərzində Şahika Tekand Studio Oyunçularında aktyorluq üzrə təhsil alıb.