Dünyada Magazin

Nigarın paylaşımı qalmaqal yaratdı

“Eurovision 2011” müsabiqəsinin qalibi, müğənni Nigar Camalın “Instagram” paylaşımı qalmaqala səbəb olub.

Belə ki, səhifəsində dünya ulduzu Cennifer Lopezin fotosunu paylaşan ifaçı fərqli reaksiyalarla qarşı-qarşıya qalıb.

Azmagazin.com xəbər verir ki,bu barədə Oxu.Az-a açıqlama verən müğənni bu addımı insanların reaksiyasını yoxlamaq üçün etdiyini deyib:

“Mən Cenniferin şəklini zaraftyana paylaşmışdım. Yoxlamaq istəyirdim ki, görüm, kim nə deyəcək. İnsanlar fərqli reaksiyalar verdilər. Az qala məni daş-qalaq edirdilər”.

Qeyd edək ki, istifadəçilər Cenniferlə Nigarı bir-birindən ayırd edə bilməyib, onlar ifaçının alt paltarsız küçəyə çıxdığını zənn ediblər.