Magazin Video

Nüşabə Nazəninin verilişində kövrəldi – VİDEO

“Lider TV”-nin “Dostlar” verilişinin növbəti buraxılışı yayımlanıb.

Azmagazin.com  Lent.az-a istinadən məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonaqları  müğənni Elnar Xəlilov, əməkdar artist Nüşabə Ələsgərli və onun tələbələri olub. Verilişin formatına uyğun olaraq, N.Ələsgərlinin həyatı barəsində qısa rolik nümayiş etdirilib. Bu zaman isə əməkdar artist kövrəlib: “Çox sağ olun, bu qısa rolikdə elə məqamlara toxundunuz ki, məni kövrəltdiz. Düşünürəm ki, verilişin redaktoru Zabir Əliyev mənim haqqımda bir məqalə yazdı”.

Daha sonra verilişə qonaq olan ifaçılar musiqi hədiyyələrini təqdim ediblər.