Galeri Maraqlı

Ona mələk əli dəyib

2 yaşlı Cosia Barns qaradərili balacadır. Onun zil qara, qıvrım saçlarını tən ortası ağ rəngdədir.

Cosianın anası, 34 yaşlı Letris Barnsın dediyinə görə, belə nişanə onlarda irsidir.

Azmagazin.com Milli.az-a istinadən bildirir ki, ABŞ-ın Corciya ştatındakı Atlanta şəhərində əri Ceyk Barsn və üç övladı ilə birlikdə yaşayan Letrisin də saçlarının ortasında ağ zolaq var.

“Məndən tez-tez saçlarımı boyayıb-boyamadığımı soruşurlar. Yox, saçlarımı boyamıram. Bu, bizdə irsi nişanədir. Nəslimizdə 40 adamın saçlarında belə nişanə olub. Məndə də var, 13 yaşlı qızım Ranya Şayda da, balaca Cosiada da. Nənəm deyərdi ki, saçın ortasında ağ zolaq olan insana mələk əli dəyir. Cosiaya da mələk əlib dəyib”, – Letris Barns söyləyib.

“Mallen zolağı” adlanan bu effekt saçda piqment kasadlığı yaradan poliozun sonucudur.