Dünyada Magazin İdman

“Ona vurulduğum üçün “Qalatasaray” azarkeşi oldum”

Türkiyənin “Kanal D” televiziyasında yayımlanan “Zalim İstanbul” serialında Ceren obrazını canlandıran məşhur aktrisa Bahar Şahin futbol haqda danışıb.
Azmagazin Fanat.Az -a istinadən xəbər verir ki, gənc aktrisa fanatik “Qalatasaray” azarkeşi olduğunu bildirib.

Bahar Şahin onda bu sevgini Arda Turanın yaratdığını bildirib: “Çünki ona vurulmuşdum”.
Qeyd edək ki, 23 yaşlı aktrisa indiyədək “Zalim İstanbul”dan başqa “O Hayat Benim”, “Lise Devriyesi”, “Kayıt Dışı”, “Servet” seriallarına çəkilib.